Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən özəl tədris müəssisələrinin peşə hazırlığı kurslarının təşkili ilə bağlı müraciət prosesi elektronlaşdırılıb.
Yeniliyə əsasən, tədris müəssisələri müvafiq kursların təşkili üçün müraciətlərini artıq birbaşa “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) vasitəsilə elektron qaydada həyata keçirə bilərlər.
Bunun üçün ƏMAS-a daxil olaraq “Peşə hazırlığı” bölməsinin “Peşə hazırlığı müəssisələrinin əməkdaşlıq müraciəti” hissəsindən “Yeni müraciət”ə keçid etmək tələb olunur.
Bu imkan müraciət prosesinin daha operativ, şəffaf və səmərəli şəkildə idarə olunmasına, sənədlərin tam elektron qaydada təqdim edilməsinə şərait yaradır.
Müraciət qaydası ilə bağlı ətraflı məlumatı təqdim olunan videotəlimat vasitəsilə əldə etmək mümkündür.