Özbəkistan nümayəndə heyəti ilə görüş olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının Məşğulluq və Yoxsulluğun Azaldılması Nazirliyinin nümayəndə heyəti ilə görüş olub.

 

Dövlət Məşğulluq Agentliyinin idarə heyətinin sədrinin müavini Rüfət Cavadov nümayəndə heyətinə Agentliyin aktiv məşğulluq tədbirləri, son dövrlərdə həyata keçirilən məşğulluq islahatları, “Əmək və Məşğulluq” altsistemi və digər rəqəmsal layihələr haqqında ətraflı məlumat verib. Görüş zamanı iki ölkə arasında sosial islahatlar sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib.  

 

Sosial siyasət sahəsində ölkələrarası əməkdaşlığın  əhəmiyyətinə diqqət çəkilərək, xüsusilə də, BMT-nin İnkişaf Proqramı tərəfindən Özbəkistanda həyata keçirilən “Fərqanə vadisi əhalisinin postpandemiya iqtisadiyyatına uyğunlaşması bacarıqları” layihəsi çərçivəsində təcrübə mübadiləsinin faydalı olacağı bildirilib.