Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının Məşğulluq və Yoxsulluğun Azaldılması Nazirliyinin nümayəndə heyəti ilə görüş keçirilib.
Görüş çərçivəsində Agentliyin nümayəndələri qurum tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirləri, o cümlədən özünüməşğulluq proqramları, birgə maliyyələşmə, peşə hazırlığı, karyera məsləhəti xidməti və yeni məşğulluq konsepsiyası ilə bağlı qonaqlara ətraflı məlumat veriblər.
Həmçinin, görüş zamanı son dövrlərdə həyata keçirilən məşğulluq islahatları, “Əmək və Məşğulluq” altsistemi və digər rəqəmsal layihələr haqqında da geniş məlumat verilib.
Daha sonra qurumlar arasında əməkdaşlıq perspektivləri ilə bağlı müzakirə aparılıb.
Bizi sosial mediada izləyin
Facebook: dma.gov.az
Instagram: dma.gov.az
Linkedin: Dövlət Məşğulluq Agentliyi
YouTube: dmasosialgovaz