Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduÖzünüməşğulluq proqramı çərçivəsində öz kiçik müəssisələrini yaradan Ruhiyyə Səmədova, Səidə Cəfərova və Niyafət Rəsulova ilə onlara məxsus istehsal və xidmət sahələrində görüş keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə heyətinin sədri Mustafa Abbasbəyli xanımlara məxsus istehsal və xidmət sahələri ilə tanış olub, onları qarşıdan gələn 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.
M.Abbasbəyli qadınların məşğulluğunun və əmək bazarında iştirak imkanlarının artırılması üçün işlərin ildən-ilə gücləndirildiyini deyib. O, Agentlik tərəfindən həyata keçirlən aktiv məşğulluq tədbirlərinin əhatə etdiyi vətəndaşların mühüm bir hissəsinin qadınlardan ibarət olduğunu və qadınların məşğulluq imkanlarının artırılması istiqamətində layihələr həyata keçirildiyini bildirib.
Görüşdə özünüməşğulluq proqramı iştirakçıları Ruhiyyə Səmədova, Səidə Cəfərova və Niyafət Rəsulova öz biznes sahələrini yaratmaq, işsizlikdən sahibkarlığa keçid imkanı qazanmaq üçün onlara göstərilən dəstəkdən razılıq edib, öz kiçik bizneslərrini inkişaf etdirmək üçün səylə çalışdıqlarını bildiriblər.