Ötən il 9518 şəxs peşə hazırlığı kurslarına cəlb olunub

2023-cü ilin nəticələri

 

Kursu bitirən şəxslərdən 81%-i müvafiq sahələr üzrə işlə təmin olunub

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən 2023-cü ildə 9518 şəxs əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına cəlb olunub.

 

4722 nəfər üçün Agentliyin Peşə Hazırlığı Mərkəzlərində və Naxçıvan Peşə Hazırlığı Mərkəzində, 4796 nəfər üçün isə özəl tədris müəssisələrində işəgötürənlərlə əməkdaşlıq çərçivəsində peşə kursları təşkil olunub.

 

Kurslarda iştirakçılara müxtəlif peşələr üzrə nəzəri və praktiki biliklər tədris olunur.

 

Hazırlıq kurslarını uğurla bitirən şəxslərdən artıq 81%-i müvafiq sahələr üzrə işlə təmin olunub.

 

Bundan başqa peşə hazırlığının təşkili üçün əməkdaşlıq olunan müəssisələrin sayı 130-a çatıb, 300 peşə və kvalifikasiya standartı hazırlanaraq ümumi standart sayı 1,308-ə çatdırılıb.