Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 2024-ci il ərzində 203 min 837 şəxsə düzgün peşə seçimi və karyera inkişafına dəstək məqsədilə peşəyönümü məsləhət xidməti göstərilib.
Onlardan 181 min 617 vətəndaşa fərdi, 112-sinə isə qrup peşəyönümü məsləhət xidməti göstərilib. Həmin şəxslər karyera planlaması, düzgün ixtisas/peşə seçimi, iş axtarışı yolları, CV, istək məktubunun hazırlanması, müsahibəyə hazırlıq kimi mövzular barədə məlumatlandırılıblar.
Peşəyönümü məsləhət tədbirləri işsiz və işaxtaran şəxslərlə yanaşı, şagirdlər, abituriyentlər və tələbələri də əhatə edib.
Bundan əlavə, ötən il 78 mindən artıq şəxs Agentliyin CV yarat platformasında www.cvyarat.az qeydiyyatdan keçib. Təxminən 41 min şəxs özünün elektron CV-ni əldə edib.