Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən ötən il sosial müdafiəyə xüsusi ehtiyac olan 1500-ə yaxın şəxs sosial kvota üzrə iş yerlərinə işə qəbul olunub.
Ötən il əməkhaqqının birgə maliyyələşdirilməsi proqramı üzrə müxtəlif sektorlardan olan işəgötürənlərlə əməkdaşlıq edilib, müqavilə bağlanmış işəgötürənlərin sayı 111-ə çatdırılıb. Proqram üzrə 391 nəfər işlə təmin olunub.
Bundan başqa il ərzində işsiz və işaxtaran şəxslərin işlə təmin edilməsi və işəgötürənlərin qısa müddətdə zəruri peşəyə, ixtisas və təcrübəyə malik olan kadrların seçiminə köməklik göstərilməsi məqsədilə 147 əmək yarmarkası təşkil edilib.
İşəgötürənlərlə əməkdaşlıq çərçivəsində təşkil olunan tədbirlərdə ümumilikdə 1800-ə yaxın müəssisə iştirak edib və işsiz və işaxtaran şəxslərə 15,7 min vakansiya təqdim edilib.
İşəgötürənləri Agentliyin xidmətləri barədə məlumatlandırmaq və əməkdaşlıq münasibətlərinin gücləndirilməsi məqsədilə isə 49 dəyirmi masa təşkil edilib. Bu görüşlərdə ümumilikdə 622 işəgötürən iştirak edib.
Bizi sosial mediada izləyin
Facebook: dma.gov.az
Instagram: dma.gov.az
Linkedin: Dövlət Məşğulluq Agentliyi
YouTube: dmasosialgovaz