Növbəti onlayn vətəndaş qəbulu keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində növbəti onlayn vətəndaş qəbulu olub. Qəbulda Bakı Regional Məşğulluq filialına qəbul üçün müraciət edən vətəndaşlar iştirak edib.

 

Səsləndirilən müraciətlər əsasən işlə təminat və özünüməşğulluq proqramı ilə bağlı olub.

 

Agentliyin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli vətəndaşların sosial vəziyyəti ilə maraqlanıb, suallarını cavablandırıb və müraciətlərin həlli istiqamətində işlərə başlanılıb.