Onlayn qaydada vətəndaşların müraciətləri cavablandırılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində onlayn vətəndaş qəbulu baş tutub. Qəbulda Bakı Regional Məşğulluq filialına müraciət edən vətəndaşlar iştirak edib.

 

Agentliyin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli vətəndaşların özünüməşğulluq, iş ilə təminat və peşə hazırlığı ilə bağlı müraciətlərini dinləyib, onlara müvafiq izahatlar verilib.

 

Əlavə araşdırma tələb edən müraciətlərin həll edilməsi ilə bağlı müvafiq göstərişlər verilib.