Ölkəmizdə dördüncü dəfə keçirilən Azərbaycan Karyera İnkişaf Forumu başa çatıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə “Bu günün təcrübəsindən sabahın çağırışlarına!” devizi altında keçirilən dördüncü Azərbaycan Karyera İnkişaf Forumu bir sıra mövzular ətrafında panellərlə davam edib.

 

“Təhsildən karyeraya: Gələcəyin innovativ həlləri”, “İnnovasiya, əməkdaşlıq və qlobal mobillik” və “İnsan kapitalının inkişafı və təşkilati mədəniyyət” adlı panellər üzrə yerli və xarici spikerlərin iştirakı ilə təqdimatlar edilib, müzakirələr keçirilib.

 

Panellərdə Qazaxıstan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kadrların İnkişafı Mərkəzinin sədri Daulet Arqandıkov, Türkiyənin Topkapı Universitetinin rektoru Emre Alkın, Avropa və Rusiyanın aparıcı biznes məktəblərinin professor Elena Vitchak və digər spikerlər iştirak edib.

 

Tədbirin yekunu olaraq gələcək yönümlü təklif, ideya və həllərin toplusunun hazırlanaraq müvafiq dövlət qurumları və özəl müəssisələrə göndərilməsi nəzərdə tutulub.

 

Qeyd edək ki, bu ilki Forumun məqsədi karyera inkişafı üzrə ölkədə və dünyada olan uğurlu nəticələr, qlobal trendlər və müasir yanaşmalar, təhsildə effektiv öyrənmə və öyrətmə mexanizmlərinin qurulması üçün əsas meyarlar, əmək bazarında tələb olunan bacarıqların əhəmiyyəti və inkişafı yollarını müzakirə etmək olub. 

 

Bizi sosial mediada izləyin

 

Facebook: dma.gov.az

Instagram: dma.gov.az

Linkedin: Dövlət Məşğulluq Agentliyi

YouTube: dmasosialgovaz