Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduMəşğulluq sahəsində iki ölkə əlaqələrinin genişləndirilməsi
istiqamətləri müzakirə edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədr müavini Rüfət Cavadovun başçılıq etdiyi nümayəndə heyəti Latviya Respublikasının Riqa şəhərində rəsmi səfərdə olub.
Səfər Dövlət Məşğulluq Agentliyi ilə Latviya Respublikasının Rifah Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi arasında imzalanmış Fəaliyyət Planı çərçivəsində gerçəkləşib.
Səfər çərçivəsində iki qurum nümayəndələri arasında bir sıra görüşlər keçirilib, məşğulluq tədbirləri, karyera məsləhəti, sosial tərəfdaşlarla iş, rəqəmsallaşma və digər istiqamətlər üzrə təcrübə mübadiləsi aparılıb. Bundan başqa görüşlərdə iki ölkə arasında məşğulluq sahəsində əlaqələrin cari vəziyyəti və əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.
Nümayəndə heyəti Riqa Regional Məşğulluq Filialını da ziyarət edərək Filialın iş prinsipi və fəaliyyət istiqamətləri ilə tanış olublar.