“Novruz sovqatı” adlı korporativ sosial məsuliyyət layihəsi həyata keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialı və “AL MARKET “ MMC -nin birgə təşkilatçılığı ilə “Novruz sovqatı” adlı korporativ sosial məsuliyyət layihəsi həyata keçirilib.

 

Layihə çərçivəsində Məşğulluq filialı və “AL market” MMC-nin əməkdaşları tərəfindən ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olmuş qəhrəmanların ailə üzvləri ziyarət edilib, onlara  Novruz bayramı münasibətilə bayram sovqatları təqdim edilib.

 

Məqsəd şəhid ailələrinin sosial vəziyyəti ilə maraqlanmaq, onlara diqqət və qayğı göstərməkdir.