Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduPeşə hazırlığının əhatəsinin genişləndirilməsi, aktual istiqamətlər üzrə yeni kursların təşkili və işəgötürənlərlə əməkdaşlıqların qurulması işləri davam etdirilir. Növbəti belə addım olaraq dövlət sektoru ilə özəl sektor əməkdaşlığı çərçivəsində təşkil olunan peşə hazırlığı kurslarında iştirak üçün müraciət edən və müsabiqə yolu ilə seçilən müəssisələrlə görüş keçirilib.
Görüşdə müəssisələrə peşə hazırlığının təşkili prosesi haqqında geniş məlumat verilib, eləcə də bütün müəssisələrin rəy və təklifləri nəzərə alınaraq peşə hazırlığının təşkili prosedurunun optimallaşdırılması və effektivliyinin artırılması, bu sahədə çevikliyin və rəqabətliliyin təmin olunması istiqamətində görüləcək növbəti işlər müzakirə edilib.
Peşə hazırlığının dövlət sifarişi ilə adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçirilməsi üzrə Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlıq etmək istəyən işəgötürənlər Agentliyin rəsmi saytında (dma.gov.az) qeydiyyatdan keçə bilərlər.