Neftçala, Bərdə və Qusarda keçirilən yarmarkalarda 250-dən çox vakansiya təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslər üçün növbəti əmək yarmarkaları keçirilib.

 

Şirvan-Salyan, Quba-Xaçmaz və Qarabağ Regional Məşğulluq filialları tərəfindən Neftçala, Qusar və Bərdə rayonlarında keçirilən aktiv məşğulluq tədbirlərində 36 işəgötürən tərəfindən ümumilikdə 250-dən çox vakansiya təqdim edilib.

 

Yarmarkaya qatılan şəxslərə vakansiyaların tələbləri barədə məlumat verilib,  müraciət edən namizədlərin qeydiyyatı aparılıb.

 

Aktiv məşğulluq tədbirində işsiz və işaxtaran şəxslər Agentliyin icra etdiyi digər tədbirlər barədə də məlumat əldə ediblər.

 

Bizi sosial mediada izləyin

 

Facebook: dma.gov.az

Instagram: dma.gov.az

Linkedin: Dövlət Məşğulluq Agentliyi

YouTube: dmasosialgovaz