Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev iyunun 19-da Salyan rayonunda Salyan və Neftçala rayonlarının sakinlərini qəbul edəcək.
Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaşlar 9 - 11 iyun tarixlərində Nazirliyə rəsmi şəkildə (info@sosial.gov.az elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.
Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.