Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin nümayəndə heyəti ilə Naxçıvan Muxtar Respublikasının Məşğulluq Agentliyinin nümayəndələri arasında görüş keçirilib.
Görüşdə Naxçıvanda icra olunan məşğulluq tədbirlərinin rəqəmsallaşdırılması istiqamətində birgə fəaliyyətin təşkili, “Əmək və məşğulluq” altsistemindən istifadə ilə bağlı fikir mübadiləsi aparılıb.
Naxçıvan Məşğulluq Agentliyinin nümayəndələrinə aktiv məşğulluq tədbirlərinin icrası prosesi, tətbiq edilən meyarlar, yeni konsepsiya əsasında xidmətin qurulması və əldə edilən nəticələrlə bağlı məlumat verilib. Naxçıvan MR-da da məşğulluq tədbirlərinin əhatəsinin genişləndirilməsi perspektivləri müzakirə edilib.