Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin və Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin nümayəndələri muxtar respublikada fəaliyyət göstərən işəgötürənlərlə görüş keçiriblər.
Görüşdə Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətləri, məşğulluq xidmətləri, işəgötürənlərə dəstək məqsədli proqram və layihələri barədə təqdimat edilib.
Belə proqramlardan biri olan, işəgötürənlərlə birgə işçilərin əməkhaqlarının bir hissəsinin dövlət tərəfindən maliyyələşdirilməsini nəzərdə tutan proqramın önəmi qeyd edilib. Bu proqramın həm işsiz və işaxtaran şəxslərin məşğulluğuna, həm də işəgötürənlərə dəstək məqsədi daşıdığı vurğulanıb.
“Əmək və Məşğulluq” altsisteminin (ƏMAS) əmək bazarı iştirakçıları, o cümlədən işəgötürənlər üçün əhəmiyyətindən, vakant iş yerləri barədə məlumatların ƏMAS-dakı vakansiya bankına daxil edilməsi qaydalarından bəhs olunub. Habelə əmək yarmarkalarının təşkilinin, bu tədbirlərdə işəgötürənlərin fəal iştirakının önəmi diqqətə çatdırılıb.
Qeyd olunan mövzularda və aktiv məşğulluq tədbirlərinin təşkilində gələcək əməkdaşlığa dair müzakirələr aparılıb, işəgötürənlərin sualları cavablandırılıb.