Mustafa Abbasbəyli Ağcabədi sakinlərinin müraciətlərini cavablandırıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəylinin növbəti vətəndaş qəbulu Ağcabədi rayonunda baş tutub.


Müraciətlər əsasən işlə təmin olunma, özünüməşğulluq proqramından yararlanma, ictimai işlər və qurumun fəaliyyətinə dair digər məsələlərlə bağlı olub.


Vətəndaşların sualları cavablandırılıb, əlavə araşdırma tələb edən müraciətlərin həll edilməsi ilə bağlı müvafiq göstərişlər verilib.