Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə “Gülüstan” sarayında keçirilən Milli Məşğulluq Forumu öz işini başa vurub.
“Gələcəyin əmək bazarı – innovasiyadan məşğulluğa” devizi ilə keçirilən tədbirin ikinci günündə “Peşə hazırlığı və karyera seçimində müasir yanaşmalar, gələcək tendesiyalar” mövzusunda panel müzakirəsi və “Müasir əmək bazarında kvalifikasiyalar” vörkşopu keçirilib.
Daha sonra tədbir çərçivəsində ölkəmizdə ilk dəfə “İstedadlar Sərgisi” təşkil olunub.
Sərginin əsas məqsədi gənclərin bilik və bacarıqlarının nümayişinə şərait yaratmaq, onların potensialını işəgötürənlərə tanıtmaq və məşğulluq imkanlarını genişləndirməkdir.
“İstedadlar Sərgisi”ndə son 1–3 ilin məzunları, bakalavr, magistr və doktorantlar, həmçinin xarici universitetlərin və Dövlət Proqramının məzunları olmaqla 19 gənc istedad və 15-dən çox işəgötürən iştirak edib.
Sərgi çərçivəsində gənclər özlərini təqdim edərək bilik, bacarıq və nailiyyətləri barədə məlumat veriblər. Daha sonra işəgötürən şirkətlərin təqdimatları keçirilib, iştirakçılar qruplar şəklində müxtəlif situasiya tapşırıqlarını yerinə yetirərək problem həll etmə, komanda işi və yaradıcı düşünmə bacarıqlarını nümayiş etdiriblər.
Sərginin yekununda işəgötürənlər gənclərin potensialını qiymətləndirərək fərqlənən namizədlərə müsahibə, təcrübə və mentorluq imkanlarını əhatə edən dəstək paketləri təqdim ediblər.
Beləliklə, “İstedadlar Sərgisi” gənclərlə işəgötürənlər arasında birbaşa əlaqənin qurulması, istedadların üzə çıxarılması və onların karyera qurmalarının dəstəklənməsi baxımından mühüm platforma rolunu oynayıb.
Tədbir bu gün başa çatıb. Qeyd edək ki, Dövlət Məşğulluq Agentliyi tərəfindən “Məşğulluq Həftəsi” çərçivəsində qarşıdakı günlərdə Gələcəyin Peşələri Sammiti və Dövlət-Biznes Əməkdaşlığı Forumu da keçiriləcək.