Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən təşkil olunan Milli Karyera Həftəsi layihəsi yekunlaşdı.
2-6 dekabr tarixində həyata keçirilən layihə çərçivəsində Mingəçevir və Gəncə şəhərlərində tələbələrlə seminarlar və peşəyönümü istiqamətində fərdi konsultasiyalar keçirilib, Sumqayıt Texnologiyalar Parkına 40 nəfərlik tələbə heyəti ilə təcrübə səfəri baş tutub. 3 dekabr Beynəlxalq Əlillər günü münasibətilə Bakı Slavyan Universitetində “Məqsədimiz, gücümüz, inkişafımız” mövzusunda təlim keçirilib. Təlimin əsas məqsədi əlilliyi olan şəxslərin karyera inkişafına dəstək vermək, onları motivasiya etmək və şəxsi inkişaf bacarıqlarını gücləndirməkdən ibarət olub.
Layihənin bağlanış mərasimində müxtəlif sahələr üzrə uğur qazanmış rəhbər şəxslər iştirak ediblər. “Bizi uğura aparan loyallıq, yoxsa dəyişkənlikdir?”, “Karyera və keyfiyyətli həyat”, “Mən missiyamı necə tapacam?” və s. kimi mövzularda çıxışlar edilib, sual-cavab sessiyası təşkil olunub.
Qeyd edək ki, Milli Karyera Həftəsi layihəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən təşkil edilən və bir həftə boyunca davam edən kompleks tədbirlər toplusudur. Layihənin məqsədi müxtəlif konfranslar, seminar və vörkşoplar, iş müsahibəsi simulyasiyaları, konsultasiya xidməti, müxtəlif mövzularda təqdimatlar keçirməklə fərqli hədəf qruplarının karyera planlaması istiqamətində inkişaf etməsinə dəstək olmaqdır. Budəfəki layihə çərçivəsində Azərbaycan Dövlət Texnologiya Universiteti, Mingəçevir Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Sumqayıt Texnologiyalar Parkı, Azərbaycan Dövlət İqtisad Universiteti ilə əməkdaşlıq edildi.
Bizi sosial mediada izləyin
Facebook: dma.gov.az
Instagram: dma.gov.az
Linkedin: Dövlət Məşğulluq Agentliyi
YouTube: dmasosialgovaz