İşəgötürənlər məşğulluq proqramlarının onlara qazandırdığı imkanlar barədə məlumatlandırılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialının təşkilatçılığı ilə işəgötürənlərlə görüş, Quba-Xaçmaz Regional Məşğulluq filialı tərəfindən isə Əlaqələndirmə komitəsinin növbəti iclası keçirilib.

 

Şirvan-Salyan Regional Məşğulluq filialı tərəfindən Hacıqabul Sənaye Məhəlləsində keçirilən görüşdə işəgötürənlərə Agentliyin fəaliyyət istiqamətləri barədə məlumat verilib, işəgötürənlərlə birgə icra olunan aktiv məşğulluq tədbirləri təqdim olunub. Peşə hazırlığı, işlə təminat, birgə maliyyələşmə proqramının əhəmiyyətindən və işəgötürənlərə qazandırdığı imkanlardan danışılıb, Agentliyin rəqəmsallaşma istiqamətində gördüyü işlər vurğulanıb.

 

Qusar rayonunda baş tutan Əlaqələndirmə komitəsinin iclasında isə rayonda Ərazi Məşğulluq Proqramının icrası çərçivəsində görülən işlər barədə məlumat verilib,  qarşıda duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

İclasda, həmçinin rayon ərazisində fəaliyyət göstərən işəgötürənlərin məşğulluq tədbirlərinin icrasında əməkdaşlığa cəlbi imkanları da müzakirə edilib. Sonda işəgötürənlərin sualları cavablandırılıb.