Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional Məşğulluq filialı tərəfindən yerli Əlaqələndirmə komitəsinin növbəti iclası keçirilib.
Göygöl rayonu üzrə məşğulluğun təmini istiqamətində görülən işlərin müzakirəsi məqsədilə keçirilən görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavini, KOBİA-nın Gəncə-Qazax regionu üzrə kordinatoru və Məşğulluq filialının nümayəndələri iştirak edib.
Əvvəlcə Agentliyin həyata keçirdiyi aktiv məşğulluq tədbirləri haqqında məlumat verilib, filial tərəfindən Gəncə-Daşkəsən iqtisadi rayonunda, o cümlədən Göygöldə icra olunan məşğulluq tədbirləri təqdim edilib. Bundan başqa KOBİA-nın sahibkarlara təqdim etdiyi dəstək mexanizmləri müzakirə edilib.
Komitə üzvləri dövlətin sahibkarlığın inkişafına göstərdiyi dəstək mexanizmləri haqqında sahibkarların mütəmadi maarifləndirilməsinin vacibliyini vurğulayaraq bu istiqamətdə planlaşdırılan tədbirləri müzakirə ediblər.
Daha sonra komitə üzvləri görüşün keçirildiyi “Xanni-2017” MMC-nin istehsalat sahəsi ilə tanış olublar.