Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduLayihə üzrə növbəti “Həvəsləndirmə mükafatları” müsabiqəsinə start verilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi” iştirakçılarına biznes mükafatlarının təqdim edilməsi məqsədilə növbəti “Həvəsləndirmə mükafatları” müsabiqəsinə start verilib.
Məqsəd Layihə çərçivəsində 2020-2024-cü illərdə avadanlıqlarla təmin edilərək istehsal və xidmət sahələri üzrə kiçik bizneslərini qurmuş şəxslərə öz bizneslərini genişləndirmək üçün dəstəyin göstərilməsidir.
“Həvəsləndirmə mükafatları” müsabiqəsinə ölkənin bütün şəhər və rayonları üzrə “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində avadanlıqlar verilməklə kiçik biznesini qurmuş şəxslər müraciət edə bilərlər.
Müsabiqədə iştirak üçün proqram iştirakçılarına dair tələblər aşağıdakılardır:
Qeyd edilən meyarlara cavab verən benefisiarlara Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən biznes planın hazırlanmasında dəstək göstəriləcək.
Biznes planını müdafiə edərək qalib gələn şəxslərə fəaliyyətlərini genişləndirmək üçün əlavə avadanlıqlar veriləcək. Hər bir benefisiar yalnız bir dəfə bu müsabiqədən faydalana bilər.
Müsabiqədə iştirak etmək istəyən şəxslər https://survey.sosial.gov.az/index.php/937811?lang=az linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Müsabiqədə iştirak üçün son müraciət tarixi 11 mart 2025-ci ildir.
Əlavə məlumat almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin Regional Məşğulluq filiallarına və DOST Mərkəzlərinə müraciət edə bilərsiniz.
Bizi sosial mediada izləyin
Facebook: dma.gov.az
Instagram: dma.gov.az
Linkedin: Dövlət Məşğulluq Agentliyi
YouTube: dmasosialgovaz