Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi” iştirakçılarına biznes mükafatlarının təqdim edilməsini nəzərdə tutan yeni layihəyə start verilir.
2025-ci ilin sonuna qədər davam edəcək layihə çərçivəsində elektron müraciət formasını doldurmuş və qalib seçilmiş ümumilikdə 280 sahibkar biznes mükafatları ilə təmin ediləcək.
Layihə regionlar üzrə mərhələli şəkildə həyata keçiriləcək.
İlkin mərhələdə Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə ”Məşğulluğa Dəstək Layihəsi”nə cəlb olunmuş və 1 ildən artıq fəaliyyəti olan benefisiarları müraciət edə bilərlər.
Layihəyə aşağıda qeyd edilən meyarlara cavab verən sahibkarlar müraciət edə bilərlər:
Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə bu tələblərə cavab verən sahibkarlar 2023-cü ilin 11 avqust tarixinədək aşağıda qeyd edilən linkə daxil olaraq layihəyə müraciət edə bilərlər.
https://dma.gov.az/mesgulluga-destek-layihesi-heveslendirme-ve-biznes-mukafatlarina-muraciet-formasi
Qeyd edək ki, təqdim ediləcək biznes mükafatları yalnız faktiki biznesin genişləndirilməsi üçün istifadə edilə bilər.