Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək layihəsi” iştirakçıları üçün növbəti biznes təlim Şamaxı rayonunda keçirilir.
Rayonda bu layihəyə cəlb edilən işsiz şəxslər üçün təşkil edilən təlimdə iştirakçılara Beynəlxalq Əmək Təşkilatının “Öz biznesinə başla və təkmilləşdir” təlim proqramı əsasında kiçik biznesin təşkili və idarə olunması üzrə bilik və bacarıqlar tədris olunur, biznes planlar hazırlanır.
Təlimi uğurla bitirən şəxslər biznes planın qiymətləndirilməsinə cəlb ediləcək və uğurlu namizədlər aktivlərlə təmin olunacaqlar.