“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində Yevlaxda ictimai dinləmə keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində Yevlax rayonunda ictimai dinləmə keçirilib.

 

İşsiz və işaxtaran şəxslərin iştirakı ilə keçirilmiş tədbirdə layihənin hədəf və məqsədləri, əhatə dairəsi barədə məlumat verilib.

 

Layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər, proqramın gözlənilən faydaları, layihəyə müraciət və iştirak qaydalarından bəhs olunub.

 

İştirakçıları maraqlandıran suallar cavablandırılıb, eləcə də layihə çərçivəsində öz biznesini qurmaq istəyən şəxslərə müvafiq tövsiyələr verilib.