“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində Yevlax şəhərində ictimai dinləmə keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən və Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində  Yevlax şəhərində ictimai dinləmə keçiriləcək.

 

Tədbirdə layihənin hədəf və məqsədləri, əhatə dairəsi, layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər, proqramın gözlənilən faydaları, müraciət və iştirak qaydalarına dair iştirakçılara ətraflı məlumat veriləcək.

 

İctimai dinləmə 30 oktyabr 2025-ci il tarixində saat 12:00-da Yevlax şəhəri, Bakı prospekti 4 ünvanında, “Yevlax KOB evi”nin binasında keçiriləcək.