“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində Bakı Regional Məşğulluq filialının əməkdaşları üçün təlim keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialının əməkdaşları üçün təlim keçirilib.

 

Layihənin ətraf mühit və sosial məsələlər üzrə mütəxəssisləri tərəfindən keçirilən təlimdə layihənin hədəf və məqsədləri, əhatə dairəsindən bəhs olunub.

 

Ötən dövrdə həssas qruplara aid 17 mindən çox şəxsin kiçik bizneslərinin qurulmasına dəstək olan bu proqramın gözlənilən faydaları diqqətə çatdırılıb. Eyni zamanda layihənin iştirakçısı olmaq istəyənlərin müraciətlərin baxılması mexanizmi və s.  mövzulara dair ətraflı məlumat verilib.

 

Müraciət edənlər və benefisiarlarla kommunikasiyanın qurulması istiqamətində bilik və bacarıqlarının artırılması üçün iştirakçıları maraqlandıran suallar cavablandırılıb, müvafiq tövsiyələr verilib.

 

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

 

 

Bizi sosial mediada izləyin

 

Facebook: dma.gov.az

Instagram: dma.gov.az

Linkedin: Dövlət Məşğulluq Agentliyi

YouTube: dmasosialgovaz