“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində Qəbələ şəhərində ictimai dinləmə keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən və Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində Qəbələ şəhərində ictimai dinləmə keçiriləcək.

 

Tədbirdə layihənin hədəf və məqsədləri, əhatə dairəsi, layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər, proqramın gözlənilən faydaları, müraciət və iştirak qaydalarına dair iştirakçılara ətraflı məlumat veriləcək.

 

İctimai dinləmə 28 noyabr 2025-ci il tarixində, saat 11:00-da Qəbələ şəhəri, 28 May küçəsi 89 ünvanında yerləşən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin akt zalında keçiriləcək.