“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində Bərdədə ictimai dinləmə keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən və Dünya Bankı maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində  Bərdə şəhərində ictimai dinləmə keçiriləcək.

 

Tədbirdə layihənin hədəf və məqsədləri, əhatə dairəsi, layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər, proqramın gözlənilən faydaları, müraciət və iştirak qaydalarına dair iştirakçılara ətraflı məlumat veriləcək.

 

İctimai dinləmə 16 noyabr 2023-cü il tarixində saat 14:00-da Bərdə şəhərindəki Qarabağ Peşə Hazırlığı Mərkəzində (Bərdə şəhəri, Üzeyir Hacıbəyov küçəsi) keçiriləcək.