Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi” barədə növbəti məlumatlandırma tədbiri Şirvan şəhərində olub.
Tədbir bu Layihə barədə məlumatlılığı artırmaq, nəzərdə tutulmuş hədəf kateqoriyaları layihəyə cəlb etmək məqsədi daşıyıb.
İşaxtaran və işsiz, o cümlədən öz biznesini qurmaq istəyən şəxslərin iştirakı ilə baş tutan tədbirdə layihənin hədəf və məqsədlərindən bəhs olunub. “Məşğulluğa Dəstək Layihəsi”nin əhatə dairəsi, Layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər, proqramın gözlənilən faydaları, müraciət və iştirak qaydaları barədə ətraflı məlumatlar verilib.
Layihə çərçivəsində öz bizneslərini qurmuş benefisiarların uğur hekayələrini əks etdirən videoçarxlar nümayiş etdirilib. İştirakçıları maraqlandıran suallar cavablandırılıb, layihə çərçivəsində öz biznesini qurmaq istəyən şəxslərə bununla bağlı müvafiq tövsiyələr verilib.
Bizi sosial mediada izləyin
Facebook: dma.gov.az
Instagram: dma.gov.az
Linkedin: Dövlət Məşğulluq Agentliyi
YouTube: dmasosialgovaz