Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
Oldu“İrəliləyİŞ” layihəsinin iştirakçıları ilə birbaşa işləyəcək mentorlar üçün növbəti təlimlər təşkil olunub.
Təlim müddətində “mentor kimdir?”, mentorluğun əsasları, rolları müəyyənləşdirmə, mentorluq münasibətinin qurulması və əlaqəsinin inkişaf etdirilməsi, təcrübə mübadiləsi, güclü suallardan istifadə etmək, öyrətmə, yönləndirmə, təsiretmə, fərdi davranış modelləri və s. mövzulara toxunulub, təcrübəçilərin təcrübə keçəcəkləri müddətin izlənilməsi metodikası hazırlanıb.
Paralel olaraq sosial tərəfdaşların layihəyə müraciətlərinin qəbulu da davam edir. Hazırda 34 müəssisə tərəfindən proqrama 322 təcrübə yeri təqdim edilib. Növbəti mərhələ olaraq təlimləri uğurla başa vuran gənclər təcrübə proqramında iştirak üçün həmin müəssisələrə yönləndiriləcəklər.
Qeyd edək ki, "İrəliləyİş" layihəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər Fondu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının tərəfdaşlığı ilə həyata keçirilir. Layihəyə müraciət davam edir.
Müraciət üçün link: https://bit.ly/3H0H2oz