Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək layihəsi” çərçivəsində Tərtər və Ağcabədi rayonlarında ictimai dinləmələr keçirilib.
Məqsəd məlumatlılığı artırmaq, nəzərdə tutulmuş hədəf kateqoriyalarını layihəyə cəlb etməkdir.
Öz biznesini qurmaq istəyən işaxtaran və işsiz şəxslərin iştirakı ilə keçirilən görüşlərdə layihənin hədəf və məqsədləri, əhatə dairəsi, layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər barədə məlumatlar verilib. Proqramın gözlənilən faydaları, müraciət və iştirak qaydaları diqqətə çatdırılıb.
İştirakçıları maraqlandıran suallar cavablandırılıb, eləcə də layihə çərçivəsində öz biznesini qurmaq istəyən şəxslərə müvafiq tövsiyələr verilib.