Tərtər və Ağcabədidə “Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı məlumatlandırıcı görüşlər keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək layihəsi” çərçivəsində Tərtər və Ağcabədi rayonlarında  ictimai dinləmələr keçirilib. 

 

Məqsəd məlumatlılığı artırmaq, nəzərdə tutulmuş hədəf kateqoriyalarını layihəyə cəlb etməkdir. 

 

Öz biznesini qurmaq istəyən işaxtaran və işsiz şəxslərin iştirakı ilə keçirilən görüşlərdə layihənin hədəf və məqsədləri, əhatə dairəsi, layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər barədə məlumatlar verilib. Proqramın gözlənilən faydaları, müraciət və iştirak qaydaları diqqətə çatdırılıb.

 

İştirakçıları maraqlandıran suallar cavablandırılıb, eləcə də layihə çərçivəsində öz biznesini qurmaq istəyən şəxslərə müvafiq tövsiyələr verilib.