Masallı və Gədəbəydə keçirilən yarmarkalarda 160 vakansiya təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işsiz və işaxtaran şəxslər üçün bu həftə Masallı və Gədəbəydə əmək yarmarkaları təşkil edib.

 

Lənkəran–Astara və Qazax-Tovuz Regional Məşğulluq filialları tərəfindən keçirilən aktiv məşğulluq tədbirlərində 25 işəgötürən tərəfindən 160 vakansiya təqdim edilib. Müraciət edən şəxslərə vakansiyaların tələbləri haqqında ətraflı məlumat verilib və uyğun namizədlərin qeydiyyatı aparılıb.  

 

İşsiz və işaxtaran şəxslər yarmarkalarda Dövlət Məşğulluq Agentliyinin icra etdiyi aktiv məşğulluq tədbirləri barədə də məlumat əldə ediblər.

 

 

Bizi sosial mediada izləyin

 

Facebook: dma.gov.az

Instagram: dma.gov.az

Linkedin: Dövlət Məşğulluq Agentliyi

YouTube: dmasosialgovaz