Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə Masallı rayonunda işəgötürənlərlə görüş keçirilib.
Görüşdə Agentliyin İdarə Heyətinin sədri Hasil Abbasov, regional dövlət qurumlarının rəhbərləri, Masallı və ətraf rayonlarda fəaliyyət göstərən işəgötürənlər, eləcə də özəl tədris mərkəzlərinin nümayəndələri iştirak ediblər.
Görüşdə çıxış edən Hasil Abbasov Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətləri, qarşıya qoyulan əsas hədəflər və aktiv məşğulluq tədbirlərinin genişləndirilməsi istiqamətində həyata keçirilən işlər barədə məlumat verib.
Görüş zamanı birgə maliyyələşmə proqramı, peşə hazırlığı kurslarının təşkili, kvotadan əlavə iş yerlərinin yaradılması, vakansiya bankına vakansiyaların yerləşdirilməsi prosesi və işəgötürənlərlə əməkdaşlıq imkanları barədə ətraflı məlumat verilib, iştirakçıların təklif və fikirləri dinlənib.
Sonda işəgötürənlərlə əlaqələrin daha da gücləndirilməsi və regionlarda məşğulluq imkanlarının artırılması ilə bağlı müzakirələr aparılıb.