“Majorel Azərbaycan Telekomünikasyon” MMC ilə məşğulluq sahəsində əməkdaşlıq imkanları müzakirə edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində “Majorel Azərbaycan Telekomünikasyon” MMC-nin nümayəndələri ilə görüş olub.

 

Görüşdə Agentliyin İdarə Heyətinin sədri Sadiq Əliyev, “Majorel Telekomünikasyon Azərbaycan” MMC-nin baş əməliyyat direktoru Kartal Tıknaz və hər iki tərəfdən aidiyyəti struktur bölmələrin rəhbər şəxsləri iştirak ediblər.

 

Qonaqlara Agentliyin fəaliyyət istiqamətləri, icra olunan layihələr və əldə olunan nəticələr barədə məlumat verilib. Qarşılıqlı əməkdaşlıq çərçivəsində birgə təşəbbüslərin reallaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Xüsusilə birgə maliyyələşmə proqramı, peşə hazırlığının təşkili və şirkətdə mövcud olan vakansiyalar üzrə işlə təminat istiqamətində əməkdaşlıq imkanları müzakirə edilib.

 

Bizi sosial mediada izləyin

 

Facebook: dma.gov.az

Instagram: dma.gov.az

Linkedin: Dövlət Məşğulluq Agentliyi

YouTube: dmasosialgovaz