Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Lənkəran rayonunda əmək yarmarkası təşkil olunub.
Tədbirdə Agentliyin İdarə Heyətinin sədri Hasil Abbasov, Agentliyin digər rəhbər şəxsləri, Lənkəran Dövlət Universitetinin rəhbərliyi, Lənkəran Şəhər İcra Hakimiyyəti, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi, Lənkəran-Astara Regional Təhsil İdarəsi, Lənkəran Dövlət Peşə Təhsili Mərkəzi və ASAN Xidmətin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Hasil Abbasov əmək yarmarkalarının işsiz və işaxtaran şəxslərin məşğulluq imkanlarının artırılmasında mühüm rol oynadığını bildirib. O, işəgötürənlərlə birbaşa ünsiyyət imkanının vətəndaşların işlə təminatına müsbət təsir göstərdiyini vurğulayıb.
Lənkəran Dövlət Universitetinin rektoru Natiq İbrahimov çıxışında tələbə və məzunların əmək bazarına inteqrasiyasında bu cür əmək yarmarkalarının mühüm rol oynadığını qeyd edib. O, universitet–işəgötürən əməkdaşlığının gücləndirilməsinin gənclərin gələcək karyera inkişafına mühüm töhfə verdiyini bildirib.
Yarmarkada işsiz və işaxtaran şəxslər, tələbə və məzunlar iştirak ediblər. Tədbirə qatılan 46 işəgötürən tərəfindən müxtəlif sahələr üzrə 236 vakansiya təqdim olunub.
İştirakçılara vakansiyalar üzrə iş öhdəlikləri barədə ətraflı məlumat verilib, müraciət edən şəxslərin CV-ləri qəbul olunub və uyğun namizədlərin qeydiyyatı aparılıb.
Yarmarkada iştirak edən şəxslər təqdim edilən vakansiyalar və onların tələbləri ilə maraqlanıblar. İşəgötürənlər isə müəssisələrinin fəaliyyət istiqamətləri, əməkdaş seçimində prioritet kriteriyalar və vakansiyalara qəbul prosesi barədə ətraflı məlumat veriblər.
Tədbirdə Agentliyin Bakı Peşə Hazırlığı Mərkəzi də öz stendi ilə təmsil olunub. İşsiz və işaxtaran şəxslərə həyata keçirilən peşə kursları, müraciət qaydaları barədə məlumat verilib.