Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə həmin rayonda növbəti əmək yarmarkası təşkil edəcək.
Yarmarka iyunun 6-da saat 10:30-dan 13:00-ə kimi Laçın şəhərində Seyrangah adlanan ərazidə keçiriləcək.
Tədbirdə işsiz və işaxtaran şəxslərə 20-dən çox müəssisə tərəfindən müxtəlif istiqamətlər üzrə 200-dən çox vakansiya təqdim ediləcək.
Onlara Agentliyin icra etdiyi aktiv məşğulluq proqramları, layihələr barədə ətraflı məlumatlar da veriləcək.