Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin nümayəndələri Koreya Respublikasının Seul şəhərinə işgüzar səfər ediblər.
Səfərin əsas məqsədi Koreya Respublikasının məşğulluq sahəsindəki təcrübələri ilə yaxından tanış olmaq, həmçinin Azərbaycanda bu istiqamətdə görülən işlərlə bağlı qarşı tərəfi məlumatlandırmaqdır.
Səfər çərçivəsində nümayəndələr Koreyanın Məşğulluq İnformasiyası Xidməti, Koreyanın Əlilliyi olan şəxslər üzrə Dövlət Məşğulluq Agentliyi və Koreya İşçilərinin Kompensasiyası və Rifah Xidmətini ziyarət edərək həmin qurumların həyata keçirdiyi layihələr və proqramlarla yaxından tanış olublar.
Keçirilən görüşlərdə sosial cəhətdən həssas kateqoriyaya aid olan şəxslərin məşğulluğunun təmin olunması istiqamətində müzakirələr aparılıb, qurumlar arasında əməkdaşlıq perspektivləri və təcrübə mübadiləsi imkanları nəzərdən keçirilib.