Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib.
Bakı Ali Neft Məktəbində (BANM) təşkil olunmuş yarışda hər birində 6 nəfər olmaqla Agentliyin əməkdaşlarından ibarət 8 komanda intellektual bacarıqlarını nümayiş etdirib.
Yarışdan əvvəl çıxış edən Agentliyin İdarə Heyətinin sədri Sadiq Əliyev və Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov il ərzində görülmüş işlər, əldə olunmuş nailiyyətlər barədə məlumat veriblər, Agentlik ilə BANM arasında uğurlu əməkdaşlığı qeyd ediblər. Çıxışlarda vurğulanıb ki, bu cür tədbirlər dövlət qurumları ilə ali təhsil müəssisələri arasında əlaqələrin daha da güclənməsinə, sağlam rəqabət mühitinin formalaşmasına mühüm töhfə verir.
Yarış 2 turdan ibarət olub və hər turda iştirakçıların bilik və çevikliyini sınayan 10 sual səsləndirilib. Maraqlı mübarizə şəraitində keçən yarışda üç komanda eyni balı toplayıb və finalda onlara 5 həlledici sual təqdim olunaraq qalib müəyyənləşdirilib.
Sonda ilk üç yeri tutan komandalara sertifikat, medallar və müxtəlif hədiyyələr təqdim olunub.
Qeyd edək ki, intellektual yarışın təşkil olunmasında məqsəd əməkdaşların dünyagörüşü, intellektual səviyyəsi və analitik düşünmə bacarıqlarının inkişafını stimullaşdırmaq, həmçinin komanda ruhunu möhkəmləndirməkdir.