Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və “Cığır” İctimai Birliyinin əməkdaşlığı çərçivəsində yaradılan “Kitab bağı” sosial sahibkarlıq kafesi ilə tanışlıq olub.
Agentliyin və “Cığır” İctimai Birliyinin rəhbər şəxsləri “Kitab bağı” sosial sahibkarlıq müəssisəsinin fəaliyyəti ilə maraqlanıblar.
Qeyd edək ki, kafenin yaradılmasında əsas məqsəd həssas kateqoriyadan olan qadınların və ata himayəsindən məhrum gənclərin əmək bazarına və cəmiyyətə inteqrasiyasına dəstək olmaqdır.
Layihəyə cəlb olunan və artıq kafedə fəaliyyət göstərən sosial sahibkarlar ilk olaraq biznes plan və praktiki peşə təlimlərinə cəlb olunub. Sonra isə kafenin yaradılması üçün Agentlik tərəfindən onlara zəruri avadanlıqlar verilib.
Kafedə müştərilərin mütaliəsi üçün kitabxana bölməsi də yaradılıb. Həmçinin kafedə benefisiarlar dibçək bitkiləri, güllər və dekorativ bitkilərin yetişdirilməsi və satışını, həmçinin kofe və şirniyyatların hazırlanması və satışını həyata keçirirlər.
Müəssisədə ekoloji cəhətdən təmiz və təbii gübrələrin istehsalı da təşkil olunur.
“Kitab bağı” sosial sahibkarlıq müəssisəsi Bakı şəhəri, Yasamal rayon, Müzəffər Həsənov küçəsi 35 ünvanında yerləşir.
Bizi sosial mediada izləyin
Facebook: dma.gov.az
Instagram: dma.gov.az
Linkedin: Dövlət Məşğulluq Agentliyi
YouTube: dmasosialgovaz