Kinderland-də Karyera Mərkəzi istifadəyə verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Azərbaycanın ilk təhsil yönümlü əyləncə parkı olan Kinderland-də Karyera Mərkəzi istifadəyə verilib.

 

Mərkəzin açılış mərasimində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Paşa Holding şirkətinin İcraçı direktoru Elnur Amikişiyev, “Caspian Entertainment Company” şirkətinin direktoru Ahmet Haytaoğlu və digər qonaqlar iştirak edib. Tərəflər qarşılıqlı əməkdaşlıqdan danışaraq birgə layihələrin icrasının əhəmiyyətini qeyd ediblər. Vurğulanıb ki, Karyera Mərkəzində 4-14 yaş arası uşaqlar karyera planlaması ilə bağlı məlumatlar əldə edəcək, burada öz CV-lərini hazırlaya biləcəklər.  

 

Daha sonra Karyera Mərkəzinin xidmətləri uşaqlar tərəfindən test edilib.