Karyera planlaması mövzusunda Qazaxıstan təcrübəsi ilə tanışlıq olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin nümayəndələri Qazaxıstanda səfərdə olublar.

 

Səfər çərçivəsində nümayəndə heyəti Nazarbayev və EuroAsia Universitetlərində görüşlərdə iştirak ediblər, təhsil müəssisələrinin fəaliyyəti, karyera planması istiqamətində görülən işlərlə tanış olublar.

 

Həmçinin nümayəndələr Qazaxıstanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Əmək portalı (Enbek) və Qazaxıstanın milli xəzinə fondu olaraq tanınan Samruk şirkətində görüşlərdə olublar, tərəflər arasında müvafiq istiqamətlərdə əməkdaşlıq perspektivləri müzakirə edilib.

 

Bizi sosial mediada izləyin

 

Facebook: dma.gov.az

Instagram: dma.gov.az

Linkedin: Dövlət Məşğulluq Agentliyi

YouTube: dmasosialgovaz