"Karyera məsləhətçilərinin təkmilləşdirilməsi proqramı"na yenidən start verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən "Karyera məsləhətçilərinin təkmilləşdirilməsi proqramı"na yenidən start verilib.

 

Artıq üçüncü dəfə keçirilən, ali, orta ixtisas və peşə təhsili müəssisələrində fəaliyyət göstərən karyera mərkəzlərinin əməkdaşlarının təkmilləşdirilməsi məqsədi daşıyan layihəyə 56 təhsil müəssisəsindən 87 iştirakçı cəlb edilib.

 

Proqram nəzəri və praktiki hissələrdən ibarət olacaq. Layihənin nəzəri hissəsi karyera planlamasının baza mövzularından olan karyera planlamasına giriş, iş axtarış üsulları, əmək bazarının təhlili kimi mövzuları əhatə edəcək. Praktiki hissədə isə iştirakçılar tələbələr ilə öyrəndikləri mövzularda fərdi konsultasiyalar həyata keçirəcəklər.

 

Qeyd edək ki, bu proqramın əvvəlki dövrlərində "Karyera məsləhətçilərinin təkmilləşdirilməsi proqramı"na 41 təhsil müəssisəsindən 62 iştirakçı cəlb edilib.

 

Bizi sosial mediada izləyin

 

Facebook: dma.gov.az

Instagram: dma.gov.az

Linkedin: Dövlət Məşğulluq Agentliyi

YouTube: dmasosialgovaz