Karyera məsləhətçiləri ilə işəgötürənlərin növbəti görüşü baş tutub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən “Karyera məsləhətçiləri ilkin rekruter – işəqəbul mütəxəssisi kimi işəgötürənlərin xidmətindədir!” layihəsi çərçivəsində növbəti görüş baş tutub. 

 

Gəncə-Daşkəsən Regional Məşğulluq filialının karyera məsləhətçiləri üçün keçirilən görüşdə Neon firması və Xanni-2017 MMC-nin məsul nümayəndələri iştirak edib.

 

Görüşdə əvvəlcə Agentliyin fəaliyyəti və “Əmək və məşğulluq” altsistemi ilə bağlı məlumat verilib. Daha sonra şirkətlərin işə qəbul prosesi, namizədlərdən tələblər, karyera məsləhətçilərindən gözləntilər barədə müzakirələr aparılıb.

 

Layihənin məqsədi karyera məsləhətçiləri və işəgötürənlər arasında kommunikasiyanın qurulması ilə əməkdaşlığın gücləndirilməsidir.