Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
Oldu“Karyera məsləhətçiləri ilkin rekruter – işəqəbul mütəxəssisi kimi işəgötürənlərin xidmətindədir!” layihəsi çərçivəsində görüşlər davam edir.
Bu dəfə Lənkəran-Astara Regional Məşğulluq filialının karyera məsləhətçiləri üçün təşkil olunan görüşdə Qafqaz Konserv Zavodu MMC və Lənkəran Hotel and Resort Company MMC -nin İnsan resursları üzrə nümayəndələri iştirak ediblər.
Şirkətlərin nümayəndələri işə qəbul prosesi ilə bağlı təqdimat edib, namizədlərdən əsas gözləntilər barədə məlumat veriblər. Daha sonra karyera məsləhətçilərinin mövzu barədə sualları cavablandırılıb.
Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən “Karyera məsləhətçiləri ilkin rekruter – işəqəbul mütəxəssisi kimi işəgötürənlərin xidmətindədir!” layihəsinin məqsədi hər bir işəgötürənin namizədlərdən tələblərinin öyrənilməsi və əməkdaşlığın gücləndirilməsidir.