Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən ötən il 69 104 şəxsə düzgün peşə seçimi və karyera inkişafına dəstək məqsədilə peşəyönümü məsləhət xidməti göstərilib.
Onlardan 2460 nəfəri “Alo Karyera” dəstək xidməti çərçivəsində, 66 644 nəfəri isə Agentliyin Regional Məşğulluq filialları tərəfindən peşəyönümü məsləhət xidmətlərinə cəlb olunub. Həmin şəxslər karyera planlaması, düzgün ixtisas/peşə seçimi, iş axtarışı yolları, CV, istək məktubunun hazırlanması, müsahibəyə hazırlıq kimi mövzular barədə məlumatlandırılıb.
Agentliyin Mərkəzi Karyera filialı tərəfindən 2022-ci il ərzində Bakıda və bölgələrdə vebinarlar, konfranslar, karyera sərgiləri, “Açıq qapı” günləri və yarmarkalar da təşkil olunub. İşsiz şəxslər, şagirdlər, tələbələr, abituriyentlər və digər iştirakçıların qatıldığı tədbirlərdə ümumilikdə 18 823 şəxsə peşəyönümü xidməti göstərilib.
Agentlik tərəfindən, eyni zamanda yeniyetmə və gənclərin müasir əmək bazarı barədə məlumatlılığının və peşələrə marağının artırılması, əmək bazarının tələblərinə uyğun peşə seçiminə dəstək məqsədilə Peşələr Festivalı keçirilib. Festival çərçivəsində 29,7 mindən çox iştirakçı ilə qeyd olunan istiqamətlərdə maarifləndirmə söhbətləri aparılıb.