İxtisas seçimi ərəfəsində olan şəxslər üçün İxtisas Seçimi Forumu keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera Filialı tərəfindən İxtisas Seçimi Forumu keçiriləcək.

 

21 iyun 2023-cü il tarixində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında baş tutacaq Forumda iştirakçılar ixtisas seçiminin hansı meyarlara əsasən edilməsi, abituriyentlərin kodlaşdırma zamanı diqqətli davranmalı olduğu məqamlar, prosesin psixoloji aspektləri  və digər mövzular barədə məlumatlandırılacaq.

 

Forumda 7-11-ci sinif aralığında təhsil alan şagirdlər, ixtisas seçimi etməkdə çətinlik çəkən şəxslər, valideynlər və şagirdlərinə ixtisas seçimi prosesində daha peşəkar dəstək olmaq istəyən müəllimlər iştirak edə bilərlər. 

 

Forum “Gələcəyin əmək bazarının ixtisas seçiminə təsiri” “Abituriyentlərin psixoloji stabilliyi və şəxsi həyat balansı” mövzusunda iki paneldən ibarət olacaq.

 

Forumda iştirak etmək üçün onlayn müraciət formasını doldurmaq tələb olunur.

 

Seçilmiş iştirakçıların elektron poçt ünvanlarına dəvət məktubu göndəriləcək.

 

Forumun tarixi: 21 iyun 2023, 11:00 – 14:15

Qeydiyyat linki: 

https://docs.google.com/forms/d/e/1FAIpQLSc5d6IJWn4naEsimwaDQNgnZUc3DERtEi1hK9fP_eRpSO68kw/viewform