“İxtisas bələdçisi - 4” layihəsi yekunlaşıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən 4-cü “İxtisas bələdçisi” layihəsi yekunlaşıb.

 

14 aprel – 27 may tarixlərində həyata keçirilmiş layihə çərçivəsində 13 region, 61 rayon və şəhərdə seminarlar təşkil edilib.

 

Seminarlarda iştirakçılara ixtisas seçiminin aparılması meyarları, düzgün kodlaşdırma qaydaları, prosesin psixoloji aspektləri, əsas ixtisaslar və onların gələcək perspektivləri haqqında məlumatlar verilib, bacarıq və istedadların müəyyən olunmasının yolları izah edilib.

 

Maarifləndirmə seminarlarında ümumtəhsil məktəblərinin 8-11-ci sinif şagirdləri, abituriyentlər, onların valideynləri və müəllimlər də daxil olmaqla, ümumilikdə 12 mindən artıq şəxs iştirak edib.

 

Bizi sosial mediada izləyin

 

Facebook: dma.gov.az

Instagram: dma.gov.az

Linkedin: Dövlət Məşğulluq Agentliyi

YouTube: dmasosialgovaz